Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmları İrakli Kobaxidze ilə görüşüb.Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən məlumat verilib. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.