AZ

Fındıq yığımı qəzasız ötüşmədi - Ölən və xəsarət alan var

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobus uçuruma yuvarlanıb.

Hafta.az xəbər verir ki, baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, dördü ağır olmaqla 18 nəfər yaralanıb.

Yaralıların hamısının xəstəxanaya yerləşdiyi bildirilir. İlkin məlumata görə, xəsarət alanların hamısı fındıq yığımına gedən işçilər olublar. Hələlik hadisənin digər təfərrüatı məlum deyil. /"TRT Haber"/

Seçilən
7
1
hafta.az

2Mənbələr