AZ

Perihan Savaş ekranlara qayıdır

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli məşhur aktrisa Perihan Savaş uzun müddət sonra ekranlara qayıtmağa hazırlaşır.

“Cebheinfo.az” xəbər verir ki, ölkəmizdə də sevilən sənətçinin yeni layihəsi bəlli olub.

O, “Ay Yapım”ın yeni serialı “Sahtekarlar”da rol alacaq. Sözügedən serial yeni mövsümdə “Now TV”də yayımlanmağa başlayacaq.

68 yaşlı aktrisa ekran işində “Hüma” obrazına həyat verəcək. Layihədə Hilal Altınbilek, Burak Deniz və Tamer Levent kimi məşhurlar da çəkiləcək.

Qeyd edək ki, Perihan Savaş karyerası ərzində “Yanık Koza”, “Yaprak Dökümü”, “Çukur”, “İyilik”, “Dilek Taşı”, “Mehmed: Fetihler Sultanı” kimi yüksək reytinqli seriallarda rol alıb.

Elmir

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr