İmişli, 5 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 11:00 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan 1-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.