İmişli. Trend:
İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilənəticələnən qəza zamanı altı nəfər xəsarət alıb.
Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə saat 11radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuzikikəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Opel" markalı və "Mercedes" markalı avtomobiltoqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon MərkəziXəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirəsalınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən birnəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.