AZ

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı (FOTO)

Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.


Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Seçilən
40
49
ekologiya.az

10Mənbələr