“Nissan” Avropada kütləvi ixtisarlar etməklə yanaşı, Yaponiya və Meksikada zavodlarının bağlandığını elan edib.
Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu, şirkətin daxili sənədlərində yer alıb.
Məlumata görə, avtomobil istehsalçısı “Nissan” bəzi iş yerlərinin ixtisar edilməsi ilə bağlı Avropa regional ofisində həmkarlar ittifaqı ilə danışıqlara başlayıb.
Yapon şirkətinin Fransada yerləşən Avropa ofisində hazırda 560 nəfərə yaxın işçi çalışır. Rəhbərlik və həmkarlar ittifaqı könüllü ixtisarları müzakirə etmək barədə razılığa gəliblər. Danışıqların oktyabrın 20-dək başa çatdırılması, noyabrda isə bütün detalların heyətə təqdim olunması gözlənilir.
Dəyişikliklər “Nissan”ın Afrika, Yaxın Şərq, Hindistan və Okeaniyadakı nümayəndəliklərinin əməkdaşlarına da təsir edəcək.
Yenidənqurma çərçivəsində şirkət 2026-cı ilin martında Meksikadakı zavodunda avtomobil istehsalını dayandıracaq. O, həmçinin 2028-ci ildə Yaponiyadakı iki zavodunu bağlayacaq.
Asim