AZ

Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artıb

Son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.

Belə ki, 2025-ci ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7%, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3% (583,5 milyon manat) olub.

Qeyd edək ki, hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur. Sənaye zonalarında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Seçilən
16
9
vergiler.az

10Mənbələr