AZ

Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacaq

ABŞ Prezidenti Donald Tramp gələcəkdə yenidən prezident seçkilərində iştirak etmə ehtimalının az olduğunu bildirib.

Operativ Media xəbər verir ki, o bu barədə "CNBC" telekanalına verdiyi müsahibədə danışıb.

“Çox güman ki, yox”, – deyə o, müvafiq sualı cavablandırarkən qeyd edib.

Qeyd edək ki, Tramp mayın 4-də verdiyi açıqlamada üçüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirmişdi. O, tərəfdarlarının bu istiqamətdə israr etdiyini, lakin özü bu fikirdə olmadığını vurğulamışdı.

Xatırladaq ki, ABŞ Konstitusiyasına 1951-ci ildə edilən 22-ci düzəlişə əsasən, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.

Seçilən
61
4
operativmedia.az

5Mənbələr