AZ

Mətbəxdə bu səhvlərə yol verməyin: Heç kimin bilmədiyi sirr

İdeal mətbəx yalnız funksional deyil, həm də zövqlə tərtib olunmuş, müasir və  rahat bir məkandır. Lakin təəssüf ki, bəzən qeyri-peşəkar dizayn nəticəsində ortaya "kolxoz mətbəxi" deyilən estetikadan uzaq görüntülər çıxır. 

News24.az xəbər verir ki, bu tip interyerlər bəzən yalnız istifadə rahatlığını deyil, həm də ümumi mənzərəni pozur. 

Ekspertləri belə mətbəxləri xarakterizə edən 14 əsas əlaməti müəyyən edib və onlardan necə qaçmaq yollarını açıqlayıblar.

2000-ci illərin əvvəllərinə xas, plastik və ləkəli dəzgahlar mətbəxin ümumi görünüşünü xeyli ucuzlaşdırır. Hətta ən bahalı fasadlar belə bu görüntünü xilas edə bilmir. Mütəxəssislər müasir və davamlı materiallara üstünlük verməyi tövsiyə edir.

Qanadlı, dairəvi və ucuz paslanmayan polad lavabolar artıq dəbdən çıxıb. Estetik və funksional görünüş üçün interyerə uyğun, 3 mm qalınlığında düzbucaqlı lavabolar seçilməlidir.

Dəzgah və önlük arasında alüminium birləşmə elementlərinin istifadəsi həm estetikaya, həm də gigiyenaya ziddir. Avrokəsiklər və yapışqan birləşmələr daha təmiz və zərif görüntü yaradır.

Plastik döşəmə haşiyələri və DSP-dən hazırlanmış panellər mətbəxi ucuz göstərir. Onların əvəzinə ABS kənarları olan çini daş önlüklər daha keyfiyyətli alternativlərdir.

Qalın çərçivəli, işıqlandırmasız şkaflar artıq aktual deyil. Müasir mətbəxlərdə nazik alüminium çərçivələr, parlaq teksturalar və daxili işıqlandırma trendlərə cavab verir.

Aqil

Seçilən
58
1
news24.az

2Mənbələr