AZ

Yəmən sahillərində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-ya çatıb

Ədən körfəzində Yəmən sahillərində qayığın batması nəticəsində ölən afrikalı miqrantların sayı 86-ya yüksəlib.

 

Bu barədə “Reuters” agentliyi Yəmən mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, qayıqda Afrika ölkələrindən olan 170 miqrant olub, onlardan 42-si xilas edilib.

 

Daha əvvəl insident nəticəsində 76 nəfərin öldüyü bidirilirdi.

 

“Bab News” portalının məlumatına görə, avqustun 3-də səhər saatlarında Yəmənin cənubundakı Abyan əyalətinin sahillərində oromo xalqından (Şərqi Afrikanın ən böyük etnik qrupudur, əsasən Efiopiya və Keniyada yaşayırlar) olan onlarla qeyri-qanuni miqrantın cəsədi tapılıb. Ehtimal edilir ki, onlar Afrikadan gələn və pis hava şəraitinə görə batan qaçaqmalçılıq gəmisinin göyərtəsində olublar.

 

Report

Tarix: 5 Avqust 2025, 20:57   
Seçilən
29
8
pravda.az

9Mənbələr