AZ

Yevlaxda yük maşını aşdı

YEVLAX, 5 avqust. TELEQRAF

Yevlaxda idarəetmədən çıxan yük maşını aşıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Xaldan-Mingəçevir şossesindəbaş verib.

Şirkətlərdən birinə məxsus kiçiktutumlu yük maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Dirəklə bərabər maşın özü də aşıb.

Qəzadan sürücü yüngül stres və xəsarətlə qurtulsa da, elektrik təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr