AZ

Rutte: NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar

NATO müttəfiqləri (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə bir milyard dollardan çox vəsait ayırıb.

Bakues.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mən NATO-nun koordinasiyası ilə müttəfiqlərin (Danimarka, Niderland, Norveç və İsveç) Ukrayna üçün Amerika silahlarının alınması üçün 1 milyard dollardan çox vəsaitin ayrılmasını alqışlayıram. Bu dəstək insanların həyatını xilas etmək, Ukraynanın özünü müdafiəsi, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün vacibdir”, – o bildirib.

Seçilən
20
4
icma.az

8Mənbələr