AZ

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.

Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. Proses 20 avqust 18:00-a qədər davam edəcək.

İmtahanla yerdəyişmə həyata keçirilən müəssisələrlə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
49
azertag.az

10Mənbələr