Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News365.az-a verilən məlumata əsasən, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
![]()