AZ

Bu gün Bakının bu ərazisində elektrik olmayacaq

ain.az, Lent az saytına istinadən bildirir.

Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Lent.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində 6 avqust tarixində yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 08:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, İbo marketin ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, Şüvəlan 16, Çöl Şüvəlan-Mərdəkan 53 adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
15
lent.az

10Mənbələr