AZ

Uitkoffa məxsus təyyarə Rusiya sərhədini keçib

Flightradar24: Rusiya sərhədini keçən təyyarə Uitkoffun istifadə etdiyi Bombardier Global 7500 modeli olub...

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun istifadə etdiyi hava gəmisinin eyni modelinə məxsus təyyarə Rusiya Federasiyasının hava sərhədini keçib.

Poliqon xəbər verir ki, bu barədə Flightradar24 uçuş izləmə platformasının məlumatları təsdiqləyib.

Bildirilir ki, Florida ştatından havaya qalxan Bombardier Global 7500 model təyyarə Moskva vaxtı ilə saat 06:11-də Rusiya hava məkanına daxil olub.

5 avqustda Reuters agentliyi adının açıqlanmasını istəməyən mənbəyə istinadla xəbər verib ki, Stiv Uitkoff yaxın günlərdə Moskvanı ziyarət edəcək və burada Rusiya rəhbərliyi ilə görüşlər keçirəcək.

Uitkoffun Moskvaya səfəri, ABŞ prezidenti Donald Trampın Ukraynada atəşkəslə bağlı verdiyi ultimatumun başa çatmasına bir neçə gün qalmış baş tutacaq. Tramp bildirib ki, sülh prosesində irəliləyiş əldə olunmasa, Vaşinqton yeni sanksiyalar paketi tətbiq edəcək. Bu sanksiyalar yalnız Moskvanı deyil, həm də Rusiya ilə ticarət əlaqələrini davam etdirən və onun enerji resurslarını alan tərəfdaş ölkələri də əhatə edəcək.

Poliqon.info

Seçilən
81
poliqon.info

1Mənbələr