AZ

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: gedişhaqqı bilindi FOTO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub.

Globalinfo.az xəbər verir ki, nəqliyyat marşrutu beynəlxalq aləmdə Zəngəzur dəhlizi kimi tanınan yoldan keçir.

Xəritəyə əsasən, Zəngilan-Mehri-Ordubad istiqamətində yol açıq görünür. Əvvəllər isə bu istiqamətdə yol qondarma “Laçın dəhlizi” ilə göstərilirdi.

Qeyd edək ki, yaxın günlərdə Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm addımların atılacağı gözlənilir. Hələ ki sözügedən yol açıq deyil.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
9
globalinfo.az

10Mənbələr