Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 145,6 min ton poladtökmə istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 39,6 min ton və ya 21,4% azdır.
Bu ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 8,1 min tontəşkil edib.
Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda 172,7 minton armatur istehsal edilib ki, bu da illik müqayisədə 22,3 min tonvə ya 11,4% azalma deməkdir.
Cari ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 35,5 min tontəşkil edib.
Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metalməmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyunaylarında 594,7 milyon manatlıq məhsul istehsal olunub, əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarınınistehsalı sahəsində 3,6%, metallurgiya sənayesi məhsullarınınistehsalında isə 12,4% azalma müşahidə olunub.