AZ

Çempionlar Liqası: "Qarabağ" "Şkendiya"nı məğlub etdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) ilk oyunu başa çatıb. Oyun “Tose Proeski” stadionunda (Skopye, Şimali Makedoniya) keçirilib. Qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Yeganə qolu 18-ci dəqiqədə Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunmuş penaltini Toral Bayramov vurub.

“Qarabağ” – “Şkendiya” cavab oyunu avqustun 12-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Bu cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferençvaros" (Macarıstan) oyununda ən güclüsü ilə oynayacaq. Uduzan tərəf Avropa Liqasının pley-off mərhələsində Bolqarıstan-Macarıstan cütünün məğlubu ilə qarşılaşacaq.

Almaz Həsənli

Seçilən
7
50
oxumeni.az

10Mənbələr