“Qəbələ” hücumçusu Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.
Bir müddətdir "Şamaxı"nın düşərgəsində olan Şuaybunun bu kluba keçəcəyi gözlənilir.