AZ

"Liverpul"un ulduzu çempionluq medalını hədiyyə verəcək - "Onu özümə saxlaya bilmərəm"

"Liverpul"un və Niderland millisinin hücumçusu Kodi Qakpo Premyer Liqa çempionluğu medalını atasına verəcəyini deyib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" futbolçunun sözlərini belə çatdırıb: 

"Medal hazırda İngiltərədədir. Amma atam Afrikadan qayıdanda onu ona verəcəyəm. Özümə saxlaya bilmərəm. Yenə çempionluğu qazansam, artıq onu özümə götürəcəyəm".

Xatırladaq ki, "Liverpul" ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olub. 

Kodi Qakpo "Liverpul"un heyətində 35 liqa oyununda iştirak edib. Niderlandlı vinger bu görüşlərdə 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
12
1
fanat.az

2Mənbələr