BEYLƏQAN, 6 avqust. TELEQRAF
Beyləqanda torpaq üstə mübahisə edən qadın özünə xəsarət yetirib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Kənd sakini Həsənova Telnarə qardaşı arvadı ilə torpaq üstündə mübahisə edib. Mübahisə zamanı əsəbləşən T.Həsənova özünə bıçaqla xəsarət yetirib. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.