AZ

Bu ilin birinci yarısında haqsız rəqabətə dair müraciətlər 2 dəfəyədək artıb

Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci yarısında Azərbaycanda bazar subyektlərinin haqsız rəqabət hallarına yol verməsi ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 131 müraciət daxil olub.

Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, yanvar-iyun ayları ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.

Bazar iqtisadiyyatının dayanıqlı inkişafı üçün ədalətli rəqabət mühitinin formalaşması əsas şərtlərdəndir. Bu mühitin qorunması isə sahibkarlıq subyektlərinin öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etməsi və nəzarət mexanizmlərinin səmərəliliyi ilə mümkün olur.

Seçilən
16
2
hafta.az

3Mənbələr