UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Omoniya" matçından öncə meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Düşünürəm ki, ən yaxşısını etməyə çalışırıq".
- "Qəbələ"nin baş məşqçisi kimi "Omoniya" ilə oynamısız...
- Tanıdığımız rəqibdir. "Qəbələ" ilə ynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazımı məlumatları komandaya vermişik.
Sabah fərqli "Araz-Naxçıvan" görəcəyik?
Rəqib baş məşqçi nəde yir, ona suala cavab vermək fikrində deyilik. Mən öz komandamın meydançada nə etmək istədiyini danışa bilərəm. KOmanda kimi oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən rəqibdir. Birinci oyundan sonra onlar da bizə hörmət edirlər. Komanda olaraq, inanırıq ki, uğurlu nəticə mümkündür.
"Omoniya" "Aris"lə müqayisədə hücumları daha kəsərlidir. Kiprdə ən çox qol vuran komandadır. İqor Ribeyro olmayacaq. müdafiəd planında dəyişiklik olacaq? Bəxtiyar Həsənalızadə ilə tandemdə kim oynayacaq?
Yaxşı analizlər aparırsız. Bunu müsbət kimi dəyərləndirərəm. Rəqibi incələyirsiz. Amma ümumi bizim anlayışda ilk 11liyi və ehtiyat qüvvəsi yoxdur. Sərəncamında olanların hamısı oyuna hazırlaşırlar. QƏrarıma uyğun onların meydançada hər şeyini verməyə hazırdırlar. Kimin üzərində dayanacağıqsa, komandaya hər şeyini verməyə çalışacaq.
Sistem dəyişikliyi edəcəksiz?
Sistem dəyişikliyi təklif edirsizsə, bu fikirdə deyilik(gülür). Rəqibə uyğun sistemi dəyişmirik. KOmanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq.
"Omoniay" səddini keçsək, liqa mərhələsinə ümid etmək olar?
İndi elə mərhələdəyik ki, daha çox qrupu yox, sabahı düşünməliyik. Gəlin pillə-pillə gedək. Qismətdə vasa, gedb ora çıxacağıq.
Qurban Qurbanov: “Bakıda daha diqqətli olmalıyıq”
ÇL: “Qarabağ” səfərdən qalib qayıdır - YENİLƏNİB
"Sabah" - "Levski" matçının biletləri satışda
ÇL: III təsnifat mərhələsinə start veriləcək - YENİLƏNİR
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır