"Məndən soruşsanız, İslamın döyüşmək üçün 1-2 ili qalıb"

Offsideplus.az xəbər verir ki, bu sözləri UFC üzrə keçmiş çempion Həbib Nurməhəmmədov deyib.

"Düşünürəm ki, 35 yaşın tamam olanda bu idmanı tərk etməlisən. Əgər bunu etməsən, daha gənc biri gəlib sizə bu idmanı buraxdırar. 35 yaşından sonra əvvəlki kimi olmayacaqsan. 40 yaşında döyüşüb qəfəsdə huşunu itirməkdənsə, Uber sürmək daha yaxşıdır." - deyə Həbib bildirib. 

Qeyd edək ki, İslam Mahaçevin oktyabr ayında 34 yaşı tamam olacaq.