Səhər yeməyində cəmi 3 qoz yeməklə beyin, ürək və dərini qorumaq mümkündür.
News24.az xəbər verir ki, qozun tərkibindəki omega-3, antioksidantlar və vitaminlər bədəni başdan ayağa yeniləyir.
Qozun əsas faydaları:
Beyni gücləndirir: yaddaşı və diqqəti artırır, depressiyaya qarşı qoruyur.
Ürəyi qoruyur: pis xolesterini azaldır, damar elastikliyini artırır.
Dərini və saçları canlandırır: E vitamini və sinklə dərini parıldadır, saç tökülməsinin qarşısını alır.
Tox saxlayır: qan şəkərini tənzimləyir, artıq yemə ehtiyacını azaldır.
Xəstəliklərə qarşı müqaviməti artırır.
Gündə 2–4 qoz yemək idealdır. Allergiyası olanlar diqqətli olmalıdır.
Xeyrənsə Piriyeva