AZ

“Qəbələ”də yeni təyinat - Rəsmi

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

QOL.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib. O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

E.Məmmədli idman jurnalistikasında karyerasına 1990-cı illərin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.
Seçilən
40
25
sherg.az

10Mənbələr