AZ

Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.

"Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”.

Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: "Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

/report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
6
azxeber.com

7Mənbələr