AZ

Çində asma körpü əyildi - 5 nəfər öldü

BAKI, 7 avqust. TELEQRAF

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Vilayətində turizm obyektində baş vermiş qəza nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, çərşənbə günü Pekin vaxtı ilə saat 18:18-də (Bakı vaxtı ilə 14:18) Monqolkure qraflığında (Çjaosu) baş verən qəzaya kabellərdən birinin qırılması səbəb olub. Nəticədə asma körpü əyilib, üzərindəki insanlar yıxılıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb, onların həyatları üçün təhlükə yoxdur. Qəzanın baş verdiyi turizm zonasının işi müvəqqəti olaraq dayandırılıb.

Seçilən
53
1
teleqraf.com

2Mənbələr