Ajans.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) etibarlı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Amerika lideri tezliklə Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır . "Tramp öz planlarını Avropa liderləri ilə telefon danışığı zamanı açıqlayıb. Görüşlər avropalı həmkarlarının iştirakı olmadan keçiriləcək", - nəşr yazır. NYT iddia edir ki, Rusiya və Ukrayna arasında münaqişəyə son qoyulmasına həsr olunmuş görüşlərdə əlaqələndirici rol oynamaq üçün müxtəlif cəhdlər edən Avropa liderləri Ağ Ev rəhbərinin bəyanatı ilə razılaşıblar.

Qəzet vurğulayır ki, hazırda Putin və ya Zelenskinin Trampın planına razı olub-olmadığı məlum deyil. Lakin Trampın Avropa liderləri ilə telefon danışığı zamanı Ukrayna prezidenti orada olub .