Pezəşkianın növbəti xarici səfəri Yerevana planlaşdırılıb...
Poliqon xəbər verir ki, İranın prezidenti Məsud Pezəşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tehran" telekanalına müsahibəsində məlumat verib.
Nazir qeyd edib ki, Pezəşkian bundan əvvəl İraq, Pakistan, Azərbaycan və Qətərə səfərlər həyata keçirib. Ermənistana səfərin gündəliyinə regional əməkdaşlıq, sərhəd təhlükəsizliyi, iqtisadi və energetika sahələrində əməkdaşlığın gücləndirilməsi kimi mövzuların daxil ediləcəyi gözlənilir.
İran və Ermənistan son illərdə xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq potensialını artırmağa çalışır. Pezəşkianın səfəri bu istiqamətdə yeni razılaşmaların əldə olunması üçün əsaslı imkan kimi qiymətləndirilir.
Poliqon.info