"Qarabağ"dan ayrılan Yassin Benzianın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fəyha"ya transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, əlcəzairli futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin iyuluna kimi “Qarabağ”da forma geyinib.
Müller Kanada klubunda
“Qalatasaray”a növbəti sponsor
Qriliş Premyer Liqada klubunu dəyişə bilər
A Seriyasında yenilik: Aşağı liqaya enənlərin maaşı azaldılacaq
25 yaşlı futbolçu vəfat edib