AZ

“Qarabağ”ın sabiq futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib

Bakı, 7 avqust, AZƏRTAC

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzianın yeni klubu məlum olub.

AZƏRTAC xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandasına transfer olunub.

30 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinən Yassin Benzia yay fasiləsində komandadan ayrılıb.

Seçilən
50
azertag.az

1Mənbələr