Bakı, 7 avqust, AZƏRTAC
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzianın yeni klubu məlum olub.
AZƏRTAC xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandasına transfer olunub.
30 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.
2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinən Yassin Benzia yay fasiləsində komandadan ayrılıb.