ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi ilk tur oyununun başlama vaxtı müəyyənləşib.
Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız sentyabrın 5-də Barselosda səfər matçına çıxacaq.
Barselos şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, U-21 millimiz Portuqaliya ilə matçdan dörd gün sonra Bolqarıstan seçməsini qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək bu oyun saat 18:00-da başlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.