AZ

Azərbaycan-Portuqaliya matçının TARİXİ

Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi ilk tur oyununun başlama vaxtı müəyyənləşib.

Hafta.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız sentyabrın 5-də Barselosda səfər matçına çıxacaq. Barselos şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, U-21 millimiz Portuqaliya ilə matçdan dörd gün sonra Bolqarıstan seçməsini qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək bu oyun saat 18:00-da başlayacaq.

Seçilən
20
2
hafta.az

4Mənbələr