AZ

Siyəzəndə yol nişanlanma işləri aparılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Siyəzən şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.

Şəhərdaxili küçə və prospektlərdə,ümumilikdə 23,5 km məsafədə üfüqi nişanlama xətlərinin yenilənməsi həyata keçirilib.

Bununla yanaşı, sözügedən ərazilərdə 15 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.

Seçilən
27
12
teleqraf.com

10Mənbələr