Bakı. Trend:
Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) DənizəÇıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransıçərçivəsində avqustun 6-da “Azərbaycan milli günü” keçirilib.
Trendxəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədənivə mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.
Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri” adlısərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycanxalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr,milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdimedilib.
Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma,şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustaddərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlımusiqi ifaları və milli rəqslər nümayiş olunub.
Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağınasəbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdimedilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesiniizləyib, onların dadına baxıblar.
Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənətustalarının iştirakı ilə möhtəşəm konsert proqramı dakeçirilib.
Xalq artistləri Alim Qasımov, Gülyanaq Məmmədova, Əməkdarartistlər Fərqanə Qasımova, Ramil Qasımov, Nərgiz Kərimova, SahibPaşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, "Natiq" ritm qrupu vəAzərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən maraqlı ifaları ilətamaşaçıların qəlbini fəth edib.
Konsert proqramı böyük maraq doğurub, alqışlarla qarşılanıb.
Avazada “Azərbaycanın milli irsinin inciləri” sərgisi avqustun8-dək davam edəcək.