AZ

50 şəhidin əmanəti onun evindədir: Ən böyük arzum axirətdə onlarla bir yerdə olmaqdı...

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Erzurum şəhərində yaşayan 26 yaşlı Merve Tekin, könüllü şəkildə şəhidlərin şəxsi əşyalarını evində xüsusi olaraq yaratdığı bir otaqda qoruyur. İndiyədək 50-dən çox şəhidə məxsus əşya toplayan Tekin, bu əmanətləri böyük diqqətlə saxlayaraq, gənc nəsillərə vətən sevgisi aşılamağı hədəfləyir.

Sherg.az xəbər verir ki, bir uşaq anası olan Merve Tekinin şəhidlərə olan marağı uşaqlıq illərində başlayıb. Bayrağı görəndə duyğulanan, şəhid xəbərlərindən təsirlənən və babası ilə birgə izlədiyi "Sakarya Fırat" serialından ilham alan Tekin, bu sevgini zamanla sosial layihələrə çevirib. İlk olaraq 2019-cu ildə şəhid Muhammed Ferdi Güntekinin mavi beresini alaraq əmanət toplamağa başlayıb. Şəhidlərə aid uniforma, cüzdan, təsbeh, bere, bəy ayaqqabısı və son geyindikləri köynək kimi şəxsi əşyaları topladığı xüsusi bir otaq yaradıb. O bildirib:

"Bu otaq onlara aiddir. Onlar burada yeyər, içər, söhbət edər. Mən də bəzən qapılarını döyüb salam verirəm."

Tekin bildirib ki, hazırda hərbi xidmət keçən qardaşı ona “Bacım, əgər mən də şəhid olsam, o künc mənim olsun” deyib. O, bu əmanətlərin gələcəkdə muzeyə deyil, şəhidlərin ailələrinə çatmasını istəyir.

Merve Tekinin evi bu gün onlarla şəhidin əşyasına ev sahibliyi edir. Şəhid ailələri ilə sosial media vasitəsilə əlaqə saxladığını deyən Tekin, maddi qazanc gözləmədiyini, sadəcə bu əmanətlərə sahib çıxmaq istədiyini bildirib. Evindəki həmin otağın özü və ailəsi üçün mənəvi mərkəzə çevrildiyini deyən Tekin sözlərinə belə davam edib:

“Uşaqkən mənim öz otağım yox idi, amma şəhidlərimə aid bir otağım var. Lazım olsa, mətbəxdə yataram, amma o otağa toxunmaram.”

Merve Tekin bu günə qədər şəhidlərin adına Erzurumda və müxtəlif şəhərlərdə kitabxanalar, dəstəmazxanalar və məktəb qapılarına bəzək işləri həyata keçirib. Gənclərdə milli və mənəvi dəyərləri gücləndirməyi hədəfləyən Tekin deyib:

“Vətəni həyat yoldaşınızı, sevgilinizi sevdiyiniz kimi sevin ki, bir vətəniniz olsun.”

Şəhid ailələrinin onu bir övlad kimi qəbul etməsindən şərəf duyduğunu bildirən Merve Tekin deyib:

“Mən Merve Tekin olaraq yox, şəhidlərin əmanətlərinə sahib çıxan biri kimi xatırlanmaq istəyirəm. Ən böyük arzum, bu dünyada olmasa da, axirətdə onlarla bir yerdə olmaq, onların şəfaətinə nail olmaqdır. Allah nəsib edərsə, bir gün mən də axirət şəhidlərindən biri olmaq istəyirəm.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
sherg.az

2Mənbələr