Xəbər verdiyimiz kimi, Şəmkirdə ağır yol qəzası baş verib. Xezerxeber.az qəzadan videogörüntünü təqdim edir.
10:35
Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.
1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində ölüb.
Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
09:19
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
Ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977) Bakı, Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.
Xəsarət alanlar isə, 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cı il təvəllüdlü Kamran Məmmədov, 2004-ci il təvəllüdlü Nərmin Əliyeva, 1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlovadır.
Faktla bağlı araşdırma aparılır
09:09
Şəmkirdə ağır yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.