AZ

Fiziki və zehni tarazlığı qorumaq üçün məsləhətlər

Gündəlik həyatın gərginliyi və yorucu iş tempi nəticəsində həm bədəniniz, həm də ruhunuz yorula bilər...

Bəzən şərtləri dəyişmək mümkün olmasa da, yanaşmanızı dəyişdirərək fiziki və psixoloji balansı qorumaq mümkündür. Mütəxəssislər gündəlik vərdişlərdə ediləcək kiçik dəyişikliklərin həm ruh halını, həm də həyat keyfiyyətini artırdığını bildirirlər.

Pravda.az fiziki və ruhi tarazlığı qorumağa kömək edən 5 əsas məsləhəti təqdim edir:

Sağlam qidalanın

“Fast food” və şəkərli məhsullar müvəqqəti təsir göstərsə də, uzun müddətdə həm bədənə, həm də ruha zərər verir. Omega-3, B12 və fol turşusu kimi faydalı maddələrlə zəngin qidalar beyin funksiyalarını dəstəkləyir.

Hərəkətli həyat tərzi keçirin

Mütəmadi idman və gündəlik fiziki aktivlik stressi azaldır, orqanizmi gücləndirir. İdman üçün vaxt tapmaqda çətinlik çəkirsinizsə, qısa məsafələrdə piyada getmək və ya pilləkəndən istifadə etmək də faydalıdır.

Özünüzə yüklənməyin

Daim işləmək və fasiləsiz zehni məşğuliyyət sizi tükəndirə bilər. Gün ərzində kiçik fasilələr vermək, həftə sonları və bayramlarda dincəlmək vacibdir.

Doğmalarınızla vaxt keçirin

Ailə və dostlarla birlikdə olmaq ruha müsbət təsir göstərir. Birgə yeməklər və söhbətlər gündəlik stressdən uzaqlaşmağın ən təsirli yollarındandır.

Özünüzə vaxt ayırın

Xobbilərlə məşğul olmaq kitab oxumaq, musiqi ilə maraqlanmaq, dil öyrənmək və ya rəsmlə məşğul olmaq ruhi rahatlıq və özünüifadə üçün önəmlidir.

Qeyd: Fiziki və ruhsal tarazlıq sadəcə böyük dəyişikliklərlə deyil, gündəlik vərdişlərə edilən kiçik toxunuşlarla mümkündür. Sağlam həyat üçün özünüzə diqqət yetirməyi unutmayın.

Poliqon.info

Seçilən
111
14
poliqon.info

10Mənbələr