AZ

Kişi futbolunda ilin ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib

Bakı, 7 avqust, AZƏRTAC

“France Football” nəşri kişi futbolunda 2025-ci ilin ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.

Bunlar Antonio Konte (“Napoli” / İtaliya), Luis Enrike (PSJ / İspaniya), Hans-Diter Flik (“Barselona” / Almaniya), Enzo Mareska (“Çelsi” / İtaliya) və Arne Slotdur (“Liverpul” / Niderland).

İlin ən yaxşı məşqçisinin adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

 

Seçilən
110
6
azertag.az

9Mənbələr