AZ

İlin ən yaxşı futbol klubu mükafatına namizədlər məlum olub

Bakı, 7 avqust, AZƏRTAC

“France Football” nəşri 2025-ci ilin ən yaxşı kişi futbol klubu mükafatına namizədləri açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıda 5 komanda yer alıb. Bunlar "Barselona" (İspaniya), "Botafoqo" (Braziliya), "Çelsi", "Liverpul" (hər ikisi İngiltərə) və PSJ-dir (Fransa).

Qalib komandanın adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Qeyd edək ki, bu mükafata son olaraq İspaniyanın “Real Madrid” klubu sahib çıxıb.

Seçilən
78
6
azertag.az

7Mənbələr