AZ

Bakının mərkəzində böyük süni göl yaradılacaq

Hazırda Bakıda Mərkəzi Parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.

Marja.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.

"İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur”,- Ramiz İdrisoğlu deyib.

süni göl bakı
Seçilən
82
9
marja.az

10Mənbələr