AZ

Almaniya kansleri Zelenski ilə telefon danışığı apardı

Almaniya kansleri Fridrix Merts və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius açıqlama verib.

Onun sözlərinə görə, Merts Zelenski ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə təmaslarından sonra baş verən son hadisələrlə bağlı məlumat mübadiləsi aparıb.

Kornelius qeyd edib ki, Merts və Zelenski ABŞ prezidenti Donald Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib və Rusiyanın qeyri-qanuni müharibəsinə son qoyması ilə bağlı razılığa gəliblər.

Seçilən
41
publika.az

1Mənbələr