AZ

Fransada mer və oğlunu qətlə yetirməyə cəhd olunub

Bakı. Trend:

Fransada Vilnyov-de-Mark kəndinin meri Jil Düssonun həyatınaqəsd olub.

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti müəyyən olunmamış bir şəxs 63 yaşlımer Jil Düsso və onun oğluna küçədə gəzərkən qəfildən bıçaqla hücumedib.

Prokurorluğun yaydığı məlumata görə, şübhəli bıçaqla bələdiyyəsədrinə hücum edərək onun döş qəfəsinə üç zərbə endirib.

Cinayətkar hadisə yerindən uzaqlaşdıqdan sonra avtomobili iləgeri dönüb və merlə oğlunu maşınla vurmağa çalışıb. Onlar zərbədənyayına biliblər. Hücum edən şəxs nəzarəti itirərək avtomobilidivara çırpıb. Daha sonra isə merin oğluna yumruqla zərbə endiribvə piyada olaraq hadisə yerindən qaçıb.

Hazırda şübhəli şəxsin intensiv axtarışının aparıldığı, polisqüvvələrinin ayağa qaldırıldığı bildirilir.

Məqalədə:
Seçilən
54
3
az.trend.az

3Mənbələr