AZ

Azərbaycanda bu şirkət 1 milyona özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 müəssisə, 12 nəqliyyat vasitəsi satılıb.

Axar.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib.

Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14.900 kvadratmetr, torpaq sahəsi 85.368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Bu ay ərzində növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək.

Seçilən
92
38
axar.az

10Mənbələr