AZ

Quterreş Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də görüşünü alqışlayır

BMT Baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib.

“BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində bütün irəliləyişləri daim dəstəkləyib və təşviq edib. Xüsusilə mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş, Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır və alqışlayır,” – deyə Fərhan Haq vurğulayıb.

Seçilən
24
9
operativmedia.az

10Mənbələr