AZ

Günəşdə güclü partlayışlar davam edir



Avqustun 7-də Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə (M) aid ikinci partlayış qeydə alınıb.


"Medicina" xəbər verir ki, avqustun 7-də Moskva vaxtı ilə saat 14:31-də (Bakı vaxtı ilə 15:31 - red.) rentgen diapazonunda 4168 (N03W32) Günəş ləkələri qrupunda 68 dəqiqə davam edən M3.9 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Bundan əvvəl avqustun 7-də səhər saatlarında M2.2 partlayışı baş vermişdi.

Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.



Seçilən
65
4
medicina.az

6Mənbələr